“Milan”ın futbolçusu Almaniya klubuna keçir
İtaliyanın “Milan” klubunun futbolçusu Noa Okafor karyerasını Almaniyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Leypsiq”ə icarəyə verilir.
Almaniya klubu İsveçrə millisinin futbolçusunun maaşını tam şəkildə ödəyəcək. Bundesliqa təmsilçisi mövsümün sonunda 25-28 milyon avroya transfer etmək hüququna malik olacaq. Okafor bu gün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, yarımmüdafiəçi A seriyasının cari mövsümündə keçirdiyi 11 oyunda 1 qol vurub.