featured-image-41935

“Milan”ın futbolçusu Rade Kruniç karyerasını Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü “Fənərbaxça”ya keçib.

30 yaşlı yarımmüdafiəçinin transferində klublar ortaq məxrəcə gəliblər. Bu gün İstanbula yollanacaq Kruniç “sari-lacivərdlilər”lə münasibətləri rəsmiləşdirəcək. Bu keçid “Fənər”ə təxminən 4,5-5 milyon avroya başa gəlib. Futbolçu özü isə 3,5 illik sazişə qol çəkəcək və illik 3,5 milyon avro məvacib alacaq.

Qeyd edək ki, “Fənərbaxça” dünən italiyalı müdafiəçi Leonardo Bonuççini transfer edib.

Bənzər xəbərlər