featured-image-38607

Müqavilə ilə İtaliyanın “Milan” klubuna məxsus olan və hazırda icarə əsasında İsveçdə “Norrçepinq”in uğurları üçün çalışan Emil Robak itkin düşüb.

Msport.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

20 yaşlı forvard artıq iki həftədir ki, tapılmır. Ailəsi hücumçunun başına nə gəldiyini bilmir.

Qeyd edək ki, Emil Robak 2020-ci ildə “Milan”a keçib. Onun İsveç klubu ilə müqaviləsi noyabrda başa çatacaq.

Bənzər xəbərlər