“Milan”ın futbolçusu ölkəsinə qayıdır
“Aston Villa” və “Vest Hem” “Milan”ın futbolçusu Ruben Loftus-Çiklə maraqlanır.
Msport.az xəbər verir ki, 29 yaşlı ingiltərəli oyunçu kifayət qədər forma şansı əldə etməsə, ölkəsinə qayıtmağı nəzərdən keçirəcək.
Növbəti bir neçə ay həlledici olacaq. “Milan”ın baş məşqçisi Massimiliano Alleqri də yarımmüdafiəçinin çıxışından razı deyil.
Qeyd edək ki, 2023-cü ildə İtaliya təmsilçisinə keçən Ruben Loftus-Çikin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.