featured-image-51457

İtaliyanın “Milan” klubunun futbolçusu İsmael Bennaser komandadan ayrıla bilər.

Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, əlcəzairli futbolçunun xidmətində “Əl-İttihad” maraqlıdır.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi yarımmüdafiəçi üçün “Milan”a müraciət ünvanlayıb.

Hazırda tərəflər arasında danışqılar davam edir. “Rossonyerlər” Bennaser üçün 50 milyon avroya istəyib.

26 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, “Arles Avinyon”, “Tur”, “Empoli”də oynayıb.

Bənzər xəbərlər