featured-image-45389

İtaliyanın “Milan” klubunun futbolçusu İsmael Bennaser Əlcəzair yığmasının düşərgəsindən ayrılıb.

Msport.az xəbər verir ki, buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

26 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb.

O, tezliklə müalicə üçün İtaliyaya qayıdacaq.

Qeyd edək ki, Bennaser bütün turnirlərdə 15 matçda iştirak edib, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər