“Milan”ın futbolçusu “Yuventus”a keçir
“Milan”ın futbolçusu Pyer Kalyulyu İtaliyada klubunu dəyişəcək.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano bildirib.
Onun sözlərinə görə, 24 yaşlı müdafiəçi “Yuventus”a keçəcək. O, Turin təmsilçisində icarə əsasında çıxış edəcək. “Qoca sinyora” onu 14 milyon avroya almaq hüququna malikdir.
Qeyd edək ki, Kalyulyu 2020-ci ildən “Milan”ın formasını geyinir. O, “qırmızı-qaralar”da 112 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.