featured-image-39433
İtaliyanın “Milan” klubunun futbolçusu Olivye Jiru UEFA çempionlar Liqasında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, hücumçu buna evdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Təcrübəli forvard ÇL tarixində qol vuran ən yaşlı fransalı adına sahib çıxıb.
Jiru 37 yaş 38 günlüyündə bunu bacarıb. O, 2002-03 mövsümündə “Mançester Yunayted”in heyətində “Olimpiakos”la qrup mərhələsi matçında (3:2) qol vuran Loran Blanın (36 yaş 338 gün) rekordunu yeniləyib.

Bənzər xəbərlər