featured-image-54474

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Bildirilib ki, Milan təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Kerni Çukvuemekanı istəyir.

Seria A təmsilçisi oyunçunu qışda almaq istəyir.

20 yaşlı futbolçu “Aston Villa”nın yetirməsidir və o, 2022-ci ildə “Çelsi”yə keçib. Onun “zadəganlar”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

Bənzər xəbərlər