"Milan"ın müdafiəçisi Fransaya yollandı - RƏSMİ
“Milan”ın sabiq futbolçusu Fode Ballo Ture Fransanın “Havr” klubu ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, müdafiəçi yeni komandasında 97 nömrəli formada çıxış edəcək.
PSJ Akademiyasının yetirməsi olan Ballo Ture peşəkar səviyyədə ilk addımlarını “Lill”də atıb. O, 2021-ci ilin yayında “Milan”a keçmişdi.
Ture “Monako” və “Fulhem” klublarının da şərəfini qoruyub.
28 yaşlı oyunçu Seneqal yığmasının heyətində 2021-ci ildə Afrika Millətlər Kubokunu qazanıb. O, Seneqal millisində 15 oyun keçirib.