featured-image-25108

Braim Dias ilk dəfə Mərakeş millisinə çağırılacaq. Msport.az xəbər verir ki, Mərakeş yığmasının təlim-məşq toplanışı martın 20-dən 28-ə kimi keçiriləcək.

“Milan”da icarə əsasında çıxış edən hücumçusu hazırlıq prossesində iştirak edəcək. Dias İspaniyada anadan olsa da, onun valideyinləri Mərakeş əsillidir. O, İspaniyanın gənclər yığmasında çıxış edib. Eləcə də İspaniyanın əsas millisində 2021-ci ildə Litva ilə yoldaşlıq oyununda forma geyinib.

Braim Dias bu mövsüm İtaliya A seriyasında 21 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər