featured-image-51926

“Milan”ın qapıçısı Marko Sportiello uzun müddətə sıradan çıxıb.

Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper “rossonyerlər”in mövsümöncəsi ABŞ turnesi zamanı sol əlindən zədələnib.

Sportiellonun qolunda dərin kəsik olub və bu, vətərlərdən birinə təsir edib. Futbolçunun komandanın otelində məişət qəzası nəticəsində xəsarət aldığı bildirilib.

ABŞ-da əməliyyat olunan italyan qolkiper ölkəsinə qayıdıb. Həkimlər onun 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Bənzər xəbərlər