featured-image-22686

“Kremenoze”nin idman direktoru Aryedo Brayda “Napoli”nin və Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya haqqında fikirlərini bildirib. Msport.az xəbər verir ki, Brayda vaxtilə “Milan”ın baş direktoru olub:

“Napoli” çox güclüdür və çempionatda qalib gələcək. Onların hücumçuları Avropada ən yaxşılardır. Ona görə də problemsiz qələbə qazanırlar. Sadəcə ümid edirəm ki, “Kremenoze” üzərində qalibiyyət əldə edə bilməyəcəklər. Futbolda sürprizlər olur və inanıram ki, bizim uşaqlar bazar günü bunu edə biləcəklər.

Mən ötən həftə “Napoli”nin oyununu izlədim. Bu komanda başqa səviyyədir. Kvaratsxeliya Kaka və ya Şevçenkonun karyerasını təkrarlaya bilər. O, rəqibi necə aldatmaq lazımdır bilir. Müasir futbolda isə bu çox vacib faktordur”.

Kvaratsxeliiya bu mövsüm A seriyasında 17 oyunda 8 qol vurub və 9 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər