“Milan”ın sabiq rəhbəri vəfat edib
“Montsa” klubunun sahibi, “Milan”ın sabiq rəhbəri Silvio Berluskoni vəfat edib. Msport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliyanın keçmiş baş naziri 87 yaşında xəstəxanada ölüb. O, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Berluskoni 1986-2016-cı illərdə “Milan” klubunun sahibi olub. Komanda onun rəhbərliyi altında 5 dəfə Çempionlar Liqasının qalibi olub.
ANAR







