featured-image-32650

Son İtaliya çempionatının ən yaxşı bombardirlərindən biri, “Salerninata”nın futbolçusu Bulaye Dia “Milan”a keçə bilər.

Msport.az xəbər verir ki, Salerninata Dia üçün 25 milyon avro tələb edir. “Rossoneri”lər bu məbləği aşağı salmağa çalışacaq. Seneqallı futbolçuyla “Milan”dan başqa, “Roma” və “Fiorentina” da maraqlanır.

Qeyd edək ki, Dia ötən mövsüm A Seriyasında 33 oyuna çıxıb, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər