featured-image-64214

İtaliya Kubokunda ilk finalçı bəlli olub.

Msport.az xəbər verir ki, “İnter”lə “Milan” cavab görüşündə üz-üzə gəlib.

İlk matçda rəqibi ilə bərabərə qalan “Milan” (1:1) cavab matçında 3 cavabsız qolla qalib gəlib – 3:0. “Rossonyerlər”in heyətində Luka Yoviç dubl edib, digər qolu Tijani Reynders vurub.

Bununla “Milan” finala vəsiqə qazanıb. Komandanın həlledici matçdakı rəqibi “Bolonya” – “Empoli” cütünün qalibi olacaq. Görüş bu gün keçiriləcək. İlk oyunda “Bolonya” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, İtaliya Kubokunun finalı mayın 14-də baş tutacaq.

Bənzər xəbərlər