“Milan”la “İnter” arasında mübarizə
“Arsenal”ın yarımmüdafiəçisi Tomas Partey karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə “Milan” və “İnter” maraqlanır. “Topçular” “Vest Hem”dən Deklan Raysı transfer edə biləcəyi təqdirdə Toması satışa çıxaracaq.
Qeyd edək ki, Partey 2020-ci ildən “Arsenal”da çıxış edir. O, son mövsüm ərzində 40 matçda forma geyinib və 3 qol vurub.
Royal Türksoy







