featured-image-65878

“Milan” hücumçusu Rafael Leaonu sata bilər.

Msport.az xəbər verir ki, “rossonyerlər” portuqaliyalı futbolçuya olan marağa biganə qalmayıb.

A seriyası təmsilçisi 25 yaşlı forvardın satışına razılıq verib. Düzdür, Leaonun müqaviləsində 175 milyon avroluq sərbəst qalma bəndi var. Ancaq klub onun transferindən 130 milyon avro qazanmağı planlaşdırır. Hazırda Portuqaliya millisinin üzvü ilə ən çox “Bavariya” maraqlanır.

Qeyd edək ki, Leao geridə qalan mövsüm bütün turnirlərdə 50 oyunda 12 qol vurub, 13 assist edib.

Bənzər xəbərlər