"Milan" Leaunun müqaviləsini yenilədi - RƏSMİ
“Milan” hücumçusu Rafael Leau ilə müqaviləsini uzadıb.
Msport.az xəbər verir ki, yeni müqaviləyə əsasən portuqaliyalı futbolçu hər mövsüm üçün 5 milyon avro, daha 2 milyon isə bonus şəklində alacaq. 23 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti əsasən 2028-ci ilə qədərdi.
Qeyd edək ki, Leau 2019-cu ildən “Milan”da çıxış edir. O, cari mövsüm ərzində 47 oyunda iştirak edib, 14 qol və 12 assistlə fərqlənib.
Royal Türksoy