featured-image-65007

“Milan” müdafiəçisi Kayl Uoker barədə qərarını verib.

Msport.az xəbər verir ki, “rossonyerlər” icarə əsasında komandada çıxış edən İngiltərə millisinin üzvünü transfer etməyəcək.

İtaliya klubu 34 yaşlı sağ cinah oyunçusunu “Mançester Siti”dən 5 milyon avroya almaq hüququna malikdir. Lakin milanlılar bundan imtina edib. A Seriyası təmsilçisi 20 yaşlı Alexandro Ximenesin çıxışından məmnundur və növbəti mövsüm sağ cinahda əsas heyətdə ona şans verəcək.

Qeyd edək ki, Kayl Uoker “Milan”ın heyətində 15 oyunda meydana çıxıb.

Bənzər xəbərlər