“Milan” “Napoli” ilə oyuna ciddi itki ilə çıxacaq
“Milan” “Napoli”yə qarşı İtaliya A Seriyasının oyununa ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, komandanın fransalı müdafiəçisi Pyer Kalyulyu zədələnib.
Futbolçu ölkəsinin U-21 yığmasının düşərgəsində topuğundan xəsarət aıb. O, məşqçilər heyətinin qərarı ilə İngiltərə ilə yoldaşlıq matçında (0:4) meydana çıxmayıb.
22 yaşlı oyunçunun hansı müddətə sıradan çıxdığı bir həftə sonrakı müayinədən sonra bəlli olacaq.
Qryd edək ki, “Milan” və “Napoli” arasında oyun aprelin 2-də keçiriləcək.







