“Milan” “Napoli”yə qarşı oyuna ciddi itkiylə çıxacaq
“Milan”ın futbolçusu Olivye Jiru zədələnib.
Msport.az xəbər verir ki, fransız forvard “Napoli”yə qarşı Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda daban nahiyəsindən xəsarət alıb. 36 yaşlı futbolçu Neapol təmsilçisiylə sabah keçiriləcək cavab matçını buraxa bilər.
Qeyd edək ki, “Milan” ilk oyunda 1-0 hesablı qələbə qazanıb.
Royal Turksoy







