featured-image-68311

“Cenoa”nın müdafiəçisi Koni de Vinter tezliklə “Milan”ın futbolçusu ola bilər.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” belçikalı oyunçunun transfer şərtlərində “Cenoa” ilə razılaşmaya yaxındır.

Bu keçidin dəyəri təxminən 20 milyon avro olacaq və danışıqlar yekun mərhələdədir. 23 yaşlı futbolçu üçün müddəti 2030-cu ilə qədər nəzərdə tutulmuş müqavilə hazırdır.

“Yuventus” yetirməsi olan De Vinterin “Cenoa” tərəfindən 20 milyon avroya satılması halında 5 milyon avro gəlir əldə edəcək.

Bənzər xəbərlər