"Milan" onun transferini bu gün açıqlayacaq- FOTO
Ruben Loftus-Çikin “Çelsi”dən “Milan”a keçidi bu gün rəsmiləşəcək. Msport.az xəbər verir ki, yarımmüdafiəçi bu gün Milanda tibbi müayinədən keçəcək və 4 illik müqavilə bağlayacaq.
London klubu ona görə, 15 milyon avro, üstəlik bonus kimi də əlavə 5 milyon qazanacaq.
Futbolçu vergilər çıxıldıqdan sonra ilinə 4 milyon avro əməkhaqqı alacaq.
2014-cü ildən “Çelsi”də çıxış edən 27 yaşlı oyunçu müxtəlif illərdə “Kristal Pelas” və “Fulhem”də icarədə olub.
ANAR








