featured-image-29003

Rafael Leau “Milan”la müqaviləsini uzatmağa yaxındır.
Msport.az xəbər verir ki, tərəflər yeni 5 illik anlaşma ilə bağlı razılığa gəliblər.
Hücumçunun illik maaşı 7 milyon avro olacaq.
“Sportinq”ə ödəniləcək cərimə də həllini tapıb. Xatırladaq ki, futbolçu 2018-ci ildə Lissabon klubu ilə müqaviləsini bir tərəfli qaydada pozaraq “Lill”ə keçmişdi. “Milan” Fransa klubu ilə ortaq məxrəcə gəlib ki, onlar “Sportinq”ə 22 milyon avro ödəsinlər.
Leau bu mövsüm A seriyasında 30 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
ANAR

Bənzər xəbərlər