featured-image-29046

“Milan” rəhbərliyi hələ də Nikolo Zanyolonun xidmətlərində maraqlıdır. Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, klub rəsmiləri iyunda yarımmüdafiəçini transfer etmək üçün daha bir addım atacaqlar.

Burda əsas məqam komandanın Çempionlar Liqasına vəsiqə qazanmasından asılı olacaq. Məhz bundan sonra 23 yaşlı futbolçunun keçidi ilə bağlı qəti qərar veriləcək.

Zanyolonun “Qalatasaray”la müqaviləsi 2027-ci ilin iyununa kimidir. Müqavilədə sərbəst qalma məbləği 35 milyon avro göstərilib.

O, mövsümün ikinci yarısında İstanbul klubunda 7 oyunda 3 qol vurub.

Stedano Piolinin rəhbərlik etdiyi komanda hələ qışda yarımmüdafiəçi “Qalatasaray”a keçməmişdən qabaq onunla maraqlanıb.

ANAR 

Bənzər xəbərlər