“Milan” qapıçısı ilə vidalaşa bilər
İtaliyanın “Milan” klubu qapıçısı Mik Menyan ilə yollarını ayıra bilər.
Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, Seriya A təmsilçisi qolkiperlə sözləşməni uzatmaq barədə razılaşa gələ bilmir.
Tərəflər maaş məsələsinə razılaşmır. Klub oyunçunu 70-80 milyon avroya satmağa hazırdır.
“Milan” qapıçıya əvəzləyici də tapıb. İtaliya klubu “Valensiya”dan Giorgi Mamardaşvili ilə maraqlanır.