featured-image-69110

Fransa millisinin yarımmüdafiəçisi Adrian Rabyo karyerasını “Milan”da davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Mətbuatın yazdığına görə, transfer 9 milyon avroya başa gəlib. “Marsel” mümkün bonuslarla daha 1 milyon avro qazana bilər.

Rabyo 2024-cü ilin sentyabrından Fransa klubunda çıxış edirdi.

Qeyd edək ki, yarımmüdafiəçi 2019-2024-cü illərdə İtaliyanın digər klubu – “Yuventus”un şərəfini qoruyub.

Bənzər xəbərlər