Milan" Rafael Leau ilə vidalaşdı - RƏSMİ
“Milan” Rafael Leaunun “Qalatasaray”a transfer olunduğunu açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Portuqaliya millisinin üzvü “Milan”a 2019-cu ildə “Lil”dən keçmişdi.
O, bu müddət ərzində 291 oyunda 80 qol vurub və 65 məhsuldar ötürmə verib.







