featured-image-40414

“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az n”Bild” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu Almaniyanın “Bavariya” komandasında çıxış edən Tomas Müllerlə maraqlanır.

Münhen təmsilçisi təcrübəli hücumçu ilə müqaviləni yeniləmək istəməsə, forvardı azad agent kimi almağa çalışacaq.

Qeyd edək ki, cari mövsüm 15 matçda meydana çıxan oyunçu iki qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər