“Milan” Tonalinin əvəzedicisini tapdı
“Milan” “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beklə maraqlanır.
Msport.az xəbər verir ki, “rossonerilər” 26 yaşlı futbolçunu “Nyukasl Yunayted”ə keçəcəyi gözlənilən Sandro Tonalinin əvəzedicisi kimi görür.
Mançester təmsilçisi isə öz növbəsində niderlandlı futbolçunun oyunundan razı olmadığına görə satmağa hazırdı.
Qeyd edək ki, Van de Bek ötən mövsüm cəmi 10 oyun keçirib. Transfermarkt portalında Donninin qiyməti 13 milyon avrodur.
Royal Türksoy







