featured-image-27245

“Milan” Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyəcək.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, 41 yaşlı futbolçu bu mövsüm yalnız 4 oyunda meydana çıxıb. O, ağır zədədən sonra uzun müddət bərpa prosesi keçib.

144 dəqiqə forma geyinən hücumçu bir qol vurub.

İsveçli forvard 2020-ci ildən “Milan”da çıxış edir. 2022-ci ildə “rossoneri”nin çempion olmasında onun da xidmətləri az olmayıb.

Bənzər xəbərlər