“Milan” ulduz futbolçusunu itirə bilər
“Milan”ın futbolçusu Teo Ernandes yayda klubu tərk edə bilər.
Msport.az xəbər verir ki, fransalı futbolçu komandasının Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə digər klubların təkliflərini nəzərdən keçirəcək. 25 yaşlı müdafiəçini PSJ, “Mançester Siti” və “Real Madrid” diqqətdə saxlayır.
Qeyd edək ki, Teo 2019-cu ildən “rossoneri”lərin şərəfini qoruyur. O, bu mövsüm 31 matçda 3 qol vurub, 4 assist edib.
Royal Türksoy







