“Milan” ulduz futbolçusunu satmağa hazırdır
İtaliyanın “Milan” klubu futbolçusu Rafael Leonu satmağa hazırdır.
Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, rəhbərlik 100 milyon avrodan çox olan təklifləri dəyərləndirə bilər.
Portuqaliyalının təzminat məbləği 175 milyon avrodur. PSJ oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Rafael Leo cari mövsüm bütün yarışlarda 28 matçda meydana çıxıb, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.







