featured-image-51336

Avstriyanın “Zaltsburq” klubunun futbolçusu Strahinya Pavloviç karyerasını İspaniyada davam etdirəcək.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, “Atletiko” müdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır.

Madrid klubu ilə yanaşı “Milan” da serbiyalı üçün hərəkətə keçib.

“Zalstsburq” rəhbərliyi isə futbolçunu 20 milyon avrodan aşağı qiymətə buraxmaq haqda düşünmür. “Atletiko” rəhbərliyi Strahinyanı daha aşağı məbləğə transfer etmək niyyətindədir.

”Partizan”ın sabiq futbolçusu 2022-ci ildən Avstriya klubunda çıxış edir. Yaxın günlərdə onun hansı komandaya keçəcəyi dəqiqləşəcək.

Serbiya millisinin üzvü “Monako” və “Bazel” komandalarında da çıxış edib.

Bənzər xəbərlər