featured-image-49331

Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu top klubların diqqət mərkəzindədir.

Msport.az xəbər verir ki, bu barədə yerli “Fanatik” nəşri iddia irəli sürüb.

Nəşş İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” klubunun oyunçu ilə yaxından maraqlandığını yazıb.

Hər iki klub Türkiyə çempionu ilə danışıqlara başlayıb. Keremin “Milan”a keçməkdə maraqlı olduğu iddia edilir.

“Qalatasaray” futbolçusu üçün 18 milyon avro tələb edir. Keremin İstanbul klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Bənzər xəbərlər