featured-image-50005

İngiltərənin “Çelsi” klubunun futbolçusu Romelu Lukaku yenidən karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “tribalfootball.com” nəşrinə istinadən xəbər verir ki, “Milan” və “Napoli” belçikalı hücumçunun xidmətində maraqlıdır.

Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte forvardı komandasında görmək istəyir. O, daha əvvəl oyunçu ilə “İnter”də çalışıb.

Ötən mövsüm futbolçu “Roma”da icarə əsasında çıxış edib.

Bənzər xəbərlər