“Milan” yarımmüdafiəçini transfer edir
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Msport.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemeka karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Milan təmsilçisi yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. Çukvuemeka İtaliya klubuna keçməyə razılıq verib. “Zadəganlar”la razılıq əldə olunsa, keçid yanvarda rəsmiləşəcək.
Qeyd edək ki, “Çelsi” Karni Çukvuemekanı 2022-ci ilin yayında “Aston Villa”dan transfer edib. 21 yaşlı orta xətt oyunçusu bu mövsüm London təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.