featured-image-65722

Massimiliano Alleqri “Milan”la müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, hazırda italyan məşqçi agenti Covanini Brankini ilə birlikdə “Milan”ın baş direktoru Corc Furlani və idman direktoru İgli Tare ilə danışıqlar aparır. 57 yaşlı mütəxəssisin “rossonyerlər”lə üçillik müqavilə imzalayacağı vurğulanıb.

Qeyd edək ki, Massimiliano Alleqri daha əvvəl 2010-2014-cü illərdə “Milan”ı çalışdırıb.

Bənzər xəbərlər