featured-image-28741

“Milan” yayda hücum xəttini gücləndirmək niyyətindədir.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “rossonerilər”in məşqçilər heyəti Ante Rebiçlə Divok Originin cari mövsümdəki çıxışından narazıdı. “Milan” təmsilçisi növbəti mövsüm üçün forvard mövqeyinə “Bolonya”nın futbolçusu Marko Arnautoviçi ən uyğun namizəd kimi görür.

Son İtaliya çempionunun rəhbər şəxslərindən Paolo Maldiniylə Frederik Massara yaxın günlərdə qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Arnautoviç cari mövsüm A Seriyasında 16 oyunda iştirak edib və 8 qol vurub.

Royal Türksoy

Bənzər xəbərlər