featured-image-24181

“Milan”ın hücumçusu Rafael Leao şəhərdəki yaşayışından danışıb. Msport.az “A Bola”ya itinadən xəbər verir ki, portuqaliyalı futbolçu İtaliyada nələri bəyəndiyini açıqlayıb:

“A seriyası çox rahat çempionat kimi görünür (gülür). Mən bura Fransadan gəldim, ilk il çox çətin oldu. Amma sənin bacarığın olanda nələrəsə nail ola bilirsən. İkinci il xeyli yaxşı oldu, çox inkişaf etdim. Bütün dünyaya göstərməliyəm ki, meydanda və ondan kənarda nələrə qadirəm.

Milanda ən çox Duomodakı barberşop, ticarət mərkəzləri, gecə klubları və yemək xoşuma gəlir”.

Leao “Tottenhem”lə Çempionlar Liqasının cavab oyunu haqqında isə belə deyib: “Oranın havası xoşuma gəlmir. Birinci dəfə Londona gedəndə mağazaları gəzdim”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər