Millətlər Liqası: Almaniya Portuqaliyanı qəbul edir
Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Msport.az xəbər verir ki, Almaniyada təşkil olunan raundun ilk günündə bir görüş keçiriləcək.
Almaniya yığması Portuqaliya ilə qarşılaşacaq. Münhendəki “Allianz Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, digər yarımfinalın digər cütündə sabah İspaniya və Fransa milliləri “Ştutqart Arena”da üz-üzə gələcək.