Millətlər Liqası: İkinci finalçı məlum olacaq
UEFA Millətlər Liqasının “Dördlər finalı”nda bu gün ikinci finalçı bəlli olacaq.
Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.
Niderlandın Ensxede şəhərindəki “Tvente stadionu”nda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Bu oyunun qalibi finalda Xorvatiyanın rəqibi olacaq.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
15 iyun
22:45. İspaniya – İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, “Feyenoord Stadionu”







