Millətlər Liqası: İspaniya çempion!
UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. Msport.az xəbər verir ki, finalda Xorvatiya və İspaniya milliləri üz-üzə gəlib.
Tərəflər əsas vaxtda fərqlənə bilməyiblər. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penalti seriyasına keçilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar kuboka sahib olublar.
Üçüncü yer uğrunda görüşdə İtaliya Niderlandı 3:2 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
18 iyun
3-cü yer uğrunda oyun
Niderland – İtaliya 2:3
Qol: Berqveyn, 68. Veynaldum, 89 – Dimarko, 6. Frattezi, 20. Kyeza, 72.
Baş hakim: Qlenn Nyberq
Stadion: De Qrolş Veste (Niderland)
Final
Xorvatiya – İspaniya 0:0 (penaltilər 4:5)
Baş hakim: Feliks Zvayer
Stadion: De Kuip (Niderland)