featured-image-31689

Millətlər Liqasının “dördlər finalı”nda ikinci yarımfinal oyunu başa çatıb. Msport.az xəbər verir ki, Niderlandın Ensxede şəhərindəki “De Qrols Veste” stadionunda İspaniya və İtaliya komandaları üz-üzə gəliblər.

Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. İspanların heyətində Yeremi Pino və Xoselu fərqlənib. İtaliya seçməsinin yeganə qolunu Çiro İmmobile vurub.

İspaniya iyunun 14-də keçiriləcək həlledici görüşdə Xorvatiya ilə qarşılaşacaq. Xatırladaq ki, xorvatlar yarımfinalda Niderland üzərində qələbə qazanb – 4:2.

Millətlər Liqası 

Yarımfinal 

İspaniya – İtaliya 2:1

Y.Pino, 3, Xoselu, 88 – Ç.İmmobile, 11.

Bənzər xəbərlər