Millətlər Liqası: Türkiyə yığmasının heyəti bilindi
Futbol üzrə Türkiyə milli komandasının UEFA Millətlər Liqasında Macarıstanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi Vinçentso Montella 30 futbolçuya dəvət göndərib.
Qapıçılar: Bərkə Özər, Mərt Günok, Məhəmməd Şengəzər, Uğurcan Çakır
Müdafiəçilər: Adulkerim Bardakçı, Ərən Elmalı, Merih Dəmiral, Samet Akaydın, Əmirhan Topçu, Kaan Ayhan, Mərt Müldür, Taha Şahin
Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmail Yüksək, Orkun Kökçü, Salih Özcan, Ahmet Kutucu, Arda Gülər, Barış Alpər Yılmaz, Əmrə Mor, İrfancan Kahveçi, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün
Hücumçular: Kənan Yıldız, Can Uzun, Dəniz Gül
Qeyd edək ki, komandalar arasında ilk oyun martın 20-da İstanbulda, cavab matçı 3 gün sonra Budapeştdə keçiriləcək.