Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq
Bu gün UEFA Millətlər Liqasında III turun oyunlarına yekun vurulacaq.
Msport.az xəbər verir ki, A və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
A Liqasında Xorvatiya millisi Şotlandiyanı sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qrupun digər oyununda isə Portuqaliya seçməsi səfərdə Polşanın qonağı olacaq. Görüşün start fiti 22:45-də səslənəcək.
A liqası, I qrup
20:00. Xorvatiya – Şotlandiya
22:45. Polşa – Portuqaliya
A liqası, IV qrup
22:45. Serbiya – İsveçrə
22:45. İspaniya – Danimarka
C liqası, II qrup
17:00. Litva – Kosovo
22:45. Kipr – Rumıniya
C liqası, III qrup
20:00. Bolqarıstan – Lüksemburq
22:45. Belarus – Şimali İrlandiya
Qeyd edək ki, Millətlər Liqasında IV turun oyunlarına oktyabrın 13-də start veriləcək.