featured-image-63844

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) milli çempionatlarda ən çox qələbə qazanan futbolçuların siyahısını dərc edib.

Msport.az xəbər verir ki, cədvələ Kriştianu Ronaldo başçılıq edir.

Portuqaliyalı superulduz müxtəlif klubların heyətində 500 çempionat görüşündə qələbə qazanıb. Onu braziliyalılar Fabio və Rojerio Seni izləyirlər.

 

Milli çempionatlarda ən çox qələbə qazananlar:

  1. Kriştianu Ronaldo – 500
  2. Fabio – 484
  3. Rojerio Seni – 470
  4. Duqi Qrey – 465
  5. Lionel Messi – 441
  6. Emerson Leao – 440
  7. Rayan Giqqz – 425
  8. Fernandinyo – 423
  9. İker Kasilyas – 418
  10. Roberto Dinamit – 415
  11. Luka Modriç – 409
  12. Canluici Buffon – 408
  13. Kərim Benzema – 406
  14. Luis Suares – 404
  15. Roberto Karlos – 403
  16. Alek Makneyr – 401

Bənzər xəbərlər