featured-image-42849

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ilk ayında milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarda daxili birincilikdə ən çox fərqlənən futbolçu San Marinonun “Folqore” klubunun hücumçusu Samuel Pançottidir.

23 yaşlı forvard ötən ayda çempionatda rəqib qapılarına 7 dəfə yol tapıb.

Siyahıya dünyanın ən yüksək reytinqli 100 çempionatında və Braziliya əyalətlərinin yüksək divizionlarında çıxış edən futbolçular salınıb. Eyni sayda qol vuranların sıralaması klubların liqalarının reytinqinə əsasən müəyyənləşdirilib.

Azərbaycan Premyer Liqasından heç kim açıqlanan ilk “20-liy”ə düşə bilməyib. Yanvarda Premyer Liqanın cəmi 2 turu oynanılıb. Bu matçların ən məhsuldar oyunçuları isə Ayxan Quseynov, Luis Paçu (hər ikisi “Turan Tovuz”) və Abdullah Zubirdir (“Qarabağ”). Onların hər biri 2 qol vurub.

Bənzər xəbərlər