Milli komandada baş məşqçi istefası
Uels Futbol Assosiasiyası milli komandanın baş məşqçisini istefaya göndərib. Msport.az xəbər verir ki, Robert Peyc 3,5 il yığmaya rəhbərlik etdikdən sonra onunla müqaviləyə xitam verilib.
Uels seçməsi 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Avro-2020-nin ikinci final mərhələsinə və DÇ-2022-yə çıxarıb. Qeyd edək ki, Uels 64 ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilmişdi.
Peycli Uels AÇ-2024-ün final mərhələsinə yüksələ bilməyib.